DOST İş Mərkəzi AQTA ilə birgə layihə üzrə 500 nəfəri işlə təmin edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
DOST İş Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə də
əməkdaşlığa başlayıb.

Trend xəbər
verir ki, AQTA ilə birgə layihə üzrə Mərkəz Agentliyin fəaliyyəti
üzrə texniki işlərin görülməsinə və eyni zamanda, məşğulluğun
təminatına dəstək məqsədilə həmin qurumda və Agentliyin Qida
Təhlükəsizliyi İnstitutunda 500 nəfəri işlə təmin edəcək.

İşlə təmin edilənlər müfəttiş köməkçisi, sürücü, bağban,
elektrik, santexnik, mühafizəçi və s. kimi peşələrdə
çalışacaqlar.

Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar
qazanmaq imkanı da əldə edəcəklər.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanacaq
ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas
yaradacaq.

Teqlər: