Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb

Ali məktəblərə sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Trend Dövlət İmtahan Mərkəzinin saytına
istinadən bildirir.

Qeyd edilib ki 2022/2023-cü tədris ili üçün ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik)
təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
üzrə ərizə qəbulunun vaxtı sabah saat 11:00-dək uzadılıb.

Xatırladaq ki, ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa
çatmalı idi. Sənəd qəbuluna martın 4-dən başlanılıb.

Teqlər: