DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə
Heyətinin iclası keçirilib. İclasda təşkilatın struktur
dəyişiklikləri, yeni sturuktur bölmələrinin əsasnamələrinin qəbul
olunması, eyni zamanda Agentliyin İSO prosedurlarının təsdiq
edilməsi məsələləri müzakirə olunub.

Agentlikdən AzerTimes-a bildirilib ki, İdarə Heyətinin sədri Fərid
Məmmədov Agentliyin Müşahidə Şurasının 2 fevral 2022-ci il
tarixində keçirilmiş iclasında verilmiş qərarlarla bağlı məlumat
verib. Daha sonra qərarların icra vəziyyəti barədə hesabatlar
dinlənilib.

İclasda qeyd olunub ki, Müşahidə Şurasının qərarına əsasən,
Agentliyin strukturunda dəyişikliklər edilib. Edilən dəyişikliklərə
uyğun olaraq struktur bölmələrin əsasnamələri təsdiq olunub.


İclasın yekununda Agentlyin fəaliyyətində İSO standartlarının
tətbiq edilməsi prosedurlarının təsdiq edilməsi ilə bağlı qərar
qəbul olunub. İSO sertifikatlarının isə fevral ayının sonuna qədər
əldə olunacağı qeyd olunub.

Teqlər: