Dörd mindən artıq insan bu əmələ görə cinayət məsuliyyətinə cəlb edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 233 nəfər cəlb edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üzrə hesabatında deyilir.

Qeyd olunur ki, onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaşadək 321 nəfər, 26-29 yaşadək 738 nəfər, 30 yaş və ondan yuxarı isə 3169 nəfər təşkil edir.


Həm­in şəxslərdən 4150-si kişi, 83-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 75 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Teqlər: