Dörd ayda 2,5 tona yaxın narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)

Mayın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı
ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa
qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri
tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş
keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan AzerTimes-a
bildiriblər ki, tədbirdə cari ilin yanvar-aprel aylarında narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı
kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin
nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın sədri ölkə ərazisində hüquq-mühafizə orqanları
tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində 3961 cinayət
faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən
çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop
maddələrin 829 kiloqramının ölkəmizə qaçaqmalçılıq yolu ilə
gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı
nəticəsində 2353 nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi,
cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən 36-sının xarici ölkə
vətəndaşı olması, ümumilikdə hesabat dövründə müsadirə olunan
narkotik vasitələrin dəyərinin 78 milyon manat qiymətləndirilməsi
barədə məlumatları da iclas iştirakçılarının diqqətinə
çatdırıb.

Teqlər: