Ceyhun Bayramovla Turin Politexnik Universitetinin rektoru arasında görüş keçirilib (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov ilə Turin Politexnik
Universitetinin rektoru Quido Sarakko arasında görüş keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə
Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsində
humanitar sahənin əhəmiyyəti, bu xüsusda İtaliya-Azərbaycan
Universitetinin oynayacağı önəmli rol və İtaliya-Azərbaycan
Universitetində mühəndislik ixtisasları üzrə proqramların
qurulmasında Turin Politexnik Universiteti ilə əməkdaşlıq mövzuları
üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliya Senatının Turin şəhərindən olan üzvü, Senat
daimi komissiyasının sədri, İtaliya Parlamentində
Azərbaycan-İtaliya parlamentlərarası dostluq Assosiasiyasının
sədr-müavini senator Mauro Marino da iştirak edib.

Teqlər: