İndi məlum oldu ki, Rusiyanın Donbasla birləşməsi daha əvvəl baş verməli idi.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“2014-cü ilə gəlincə, arxa planda biz hamımız ağıllıyıq. Lakin biz o mövqedən çıxış etdirdik ki, razılığa gəlmək mümkün ola bilər, Luqansk, Donetsk hər hansı formada Minsk razılaşmaları çərçivəsində Ukraynaya birləşə bilər. Biz səmimi olaraq buna doğru gedirdik, lakin sonuna qədər insanların əhval-ruhiyyəsini tam hiss etmədik, orada nə baş verdiyini başa düşmək tamamilə mümkün deyildi”, – deyə dövlət başçısı bildirib.