Ərdoğan özünü körpüdən atmaq istəyən şəxsi xilas etdi – Video

Ərdoğan özünü körpüdən atmaq istəyən şəxsi xilas etdi – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünü körpüdən atmaq istəyən şəxsi xilas edib.

AzerTimes Türkiyə mətbuatına istinadən bildirir ki, “15 iyul Şəhidlər Körpüsü”ndən keçərkən bir vətəndaşın intihar etmək istədiyini görən Ərdoğan konvoyu dayandırıb. O, həmin şəxsin yanına gedərək onu bu yoldan dönməyə razı salıb. Murat Duran adlı vətəndaş ölkə başçısı ilə danışdıqdan sonra evinə gedib.

Prezident daha sonra həmin şəxsin vəziyyətinin təqib edilməsi və lazımı tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.

Teqlər: