Dominikanda partlayış: ölənlərin sayı 25-ə çatdı

Dominikanda partlayış: ölənlərin sayı 25-ə çatdı

Dominikan Respublikasının San-Kristobal əyalətində partlayış nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin rəisinin müavini Delfin Rodriges açıqlayıb.

“Milli səhiyyə sisteminin məlumatına görə, artıq xəstəxanada keçinənlər də daxil olmaqla ölmüş 25 nəfər məlumdur”, – o, telekanala deyib.

Qeyd edək ki, partlayış avqustun 14-də plastmas istehsalı zavodunda baş verib.

Teqlər: