Doktoranturaya fəlsəfə üzrə qəbul imtahanı keçiriləcək

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibinin 1 sentyabr 2021-ci il tarixli 393 nömrəli sərəncamına əsasən 10 sentyabr 2021-ci il tarixində “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək.

Bu barədə AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar və eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər imtahanın keçirilmə qrafiki ilə AMEA-nın müvafiq elmi müəssisələrinin Təhsil şöbələrində tanış ola bilərlər.

İmtahan AMEA Mərkəzi Elmi Kitabaxanasının binasında saat 10:00-dan başlayaraq, 12:00-da və 14:00-da keçiriləcək.


Qrafikə uyğun olaraq, “Fəlsəfə“ fənnindən imtahan verən namizədlər imtahanın başlamasından 30 dəqiqə öncə imtahan binasında olmaları zəruridir.

Twitter:@cingizsafarli

Teqlər: