Dohada Azərbaycan Ticarət Evi açıldı

Dohada Azərbaycan Ticarət Evi açıldı

Qətərin paytaxtı Dohada Azərbaycan Ticarət Evinin açılışı olub.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitterdə bildirib.

“Qətərin paytaxtı Dohada Azərbaycan Ticarət Evinin açılışını etdik. Ticarət Evinin fəaliyyətinin biznes təşəbbüslərinin dəstəklənməsi və iqtisadi əlaqələrin stimullaşdırılması baxımından faydalı olacağını vurğuladıq”, – nazir qeyd edib.

Teqlər: