Doğruluğuna əmin olmadığınız hesablara ödəniş etməyin – DİN

Doğruluğuna əmin olmadığınız hesablara ödəniş etməyin – DİN

Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram”, -deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”, – E.Hacıyev qeyd edib.

Teqlər: