Dmitri Medvedev Rusiyada pandemiyanın 5-ci dalğasının müşahidə olunduğunu deyib

2021-ci ilin yazından Rusiya koronavirus pandemiyasının 5-ci dalğasını yaşayır. Bu zaman ölkədə növbəti dəfə xəstəliyin artdığı müşahidə olunur.

Trend xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rusiya qəzeti”-ndə dərc olunmuş məqaləsində bildirib.


“Biz bu yaz pandemiyanın beşinci mərhələsinə qədəm qoyduq və bu dövr indiki günə qədər davam edir. Hal hazırda testlərin həcminin artmasından irəli gələrək xəstələrin sayında əvvələr heç zaman müşahidə olunmamış artımı ımüşahidə edirik. Yoluxma səviyyəsi çox yüksək, demək olar kritik həddədir, kütləvi vaksinasiya gedir”, – deyə Dmitri Medvedev bildirib.