Dmitri Bivol “WBA” versiyasında dünya çempionluğunu qorudu

Rusiyalı Dmitri Bivol 79.38 kq-a qədər çəki dərəcəsində Dünya Boks Assosiasiyasının (WBA) Super çempionu adını qoruyub.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, Mançesterdə keçirilən 12 raundliq qarşılaşmada boksçu yekdil qərarla britaniyalı Kreyq Riçardsı məğlub edib.

Bütün hakimlər qələbəni D.Bivola verib – 118:110, 115:114, 115:113.


Rusiyalı boksçu 2017-ci ildən indiyədək sahib olduğu “WBA” versiyası üzrə çempion statusunu yeddinci dəfə qoruyur. Bivol indiyə qədər 18 qələbə (11 nokautla) qazanıb və bir dəfə də məğlub olmayıb.

Teqlər: