Diqqət: Hovuzda uzun müddət qalmaq olmaz!

Diqqət: Hovuzda uzun müddət qalmaq olmaz!

Yaz mövsümünün gəlişi ilə birlikdə sərinləmək üçün hovuzları seçənlərə dermatoloqlar hovuzlardakı kimyəvi maddələrin, xüsusilə yüksək xlor və metil siloksanın sağlamlığa mənfi təsir etdiyini xatırdıb.

AzerTimes xəbər verir ki, kimyəvi maddələrlə dolu olan hovuz suyu dəriyə mənfi təsir göstərir.

Hovuz suyunun tərkibində xlor başda olmaqla, sağlamlığımızı təhdid edən bir çox kimyəvi maddələr var ki, onlar dərinin qurumasına, gözün qızarmasına, qaşınmasına, dəridə yanma hissi, qızartıya səbəb olur. Bu kimi dəri xəstəlikləri ilə yanaşı, burunda qıcıqlanma, öskürək, boğazda yanma, baş ağrısı, təmas müddəti artdıqca öskürək, nəfəs darlığı, xırıltı, sinə ağrısı kimi daha ciddi problemlərə səbəb ola bilər. Xüsusilə qapalı hovuzlarda bu narahatlıqlara əlavə olaraq xlora uzun müddət məruz qalma kanserogen risk daşıyır.

Mütəxəssislər qeyd edib ki, hovuzda uzun müddət qalmamaq, dərhal duş almaq lazımdır. Tətildəsinizsə, hovuz əvəzinə dənizə getməyiniz daha münasibdir.

Teqlər: