Diqqət: Buz yanığının dəhşətli fəsadı ola bilər

Diqqət: Buz yanığının dəhşətli fəsadı ola bilər

İnsan dərisi ən böyük zərəri əsasən qış aylarında görür. Dərimizdə soyuğa görə yaranmış fəsadlar dekabr ayında özünü daha çox büruzə verir.

AzerTimes xəbər verir ki, el arasında “əl suluğu” kimi tanınan buz yanığı da qışda rast gəlinən ən ağır dəri xəstəliklərindən biridir. İnsan dərisi bu ayda istidən soyuğa keçir, bu da dərimizdə dərin iz buraxa bilir.

Bir çox insan buz yanığı xəstəliyindən və onun yarada biləcəyi təhlükələrdən xəbərsizdir. Ona görə də qış aylarında dərilərinin necə qorumalı olduqlarını dəqiq bilmirlər.

Buz yanığı daha çox dərinin uzun müddət soyuqda qalmasından yaranır. Əsasən əllər, ayaqlar və ən həssas dəri sayılan üz dərisinə təsir göstərir. Soyuğun dəriyə təsiri artdıqca törətdiyi fəsadlar da dərinləşir. Fəsadlar 1-ci dərəcədən 4-cü dərəcəyə kimi qiymətləndirilib, qruplaşdırılır. 1-ci dərəcəli buz yanığı dəriyə səthi təsir göstərir, bunun qarşısını müxtəlif terapiyalar və kremlərlə almaq olur. 4-cü dərəcəli buz yanığı isə artıq sümük və əzələlərə birbaşa təsir edir. Bu xəstəliyə ciddi yanaşılmasa, zərər görmüş nahiyə amputasiya olunur.

Teqlər: