Diqqət: Bu yollarda məhdudiyyət tətbiq edilir!

Diqqət: Bu yollarda məhdudiyyət tətbiq edilir!

Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer 04” matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib.

AzerTimes xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.

Teqlər: