Qarabağ məsələsində diplomatiya işləmədi. Beynəlxalq ictimaiyyət Azərbaycanı illərlə məşğul etdi. Biz də can Azərbaycanı dəstəklədik. Azərbaycan “artıq bəsdir”, “səbrimiz tükəndi”, – dedi.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Qısa müddətdə Azərbaycan ordusunun torpaqlarını geri aldığını söyləyən Çavuşoğlu Azərbaycan ordusunu və təhlükəsizlik qüvvələrini təbrik edib.