Nyu Yorkda fövqəladə vəziyyət elan olundu

Nyu Yorkda fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Nyu York ştatında daha öncə aşkar edilən poliomielit xəstəliyinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə ştat qubernatoru Keti Hokul qərar qəbul edib.

Bildirilib ki, fövqəladə vəziyyətin tətbiqi poliomielit əleyhinə peyvəndləmənin stimullaşdırılması məqsədi daşıyır.

Teqlər: