Kəlbəcər. Trend:
Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Kəlbəcərə
səfəri başlayıb.
AzerTimes-ın məlumatına görə, məqsəd erməni işğalçıları tərəfindən
törədilən dağıntıların nəticələri və işğaldan azad edilmiş
ərazilərdə bərpa prosesi ilə tanış olmaqdır.
Səfərdə 50-dən çox ölkədən və 10 beynəlxalq təşkilatdan 80-dən
çox diplomat və hərbi nümayəndə iştirak edir.
Xatırladaq ki, bu, diplomatik korpus nümayəndələrinin işğaldan
azad edilmiş ərazilərə artıq doqquzuncu səfəridir.