DİN özünü binadan atan qızın intihar səbəbini açıqlayıb

Bakıda imtahandan zəif nəticə edən qız özünü binadan atıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mayın
3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva
Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu
mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O,
eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina
sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşmüşdür. Nəticədə
X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya
yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb
imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib.

Teqlər: