DİN narkotacirin polis şöbəsində ölməsi faktına aydınlıq gətirib

Bu gün polis əməkdaşlarına daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini,
1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.
Onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar
olunmuşdur.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, narkotik aludəçisi R.Əliyev
ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları
tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə
baxmayaraq, o ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib,
ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın
qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici
müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar
edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Teqlər: