“Apple” Çində planşet istehsalını dayandırır

“Apple” şirkəti “iPad” planşetlərinin istehsalını Çindən
Vyetnama köçürəcək.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bununlada “Apple” planşetləri “AirPods”-dan sonra Vyetnamda istehsal olunan ikinci əsas məhsul
xətti olacaq.

Qeyd olunur ki, elektronika nəhənginin bu cür addımı Çində
koronavirus məhdudiyyətləri ilə əlaqələndirilir. COVID-19-un
yayılması və fabriklərin bağlanması səbəbindən planşetlərin
istehsalında gecikmələr yaranıb.

“Apple” həmçinin COVID-19 məhdudiyyətlərinin təsir etmədiyi
tədarükçülərinə bir neçə ay ərzində istehsalı nəzərdə tutulmuş
qaydada saxlamaq üçün komponentlər ehtiyatını toplamaq barədə
xəbərdarlıq edib. Bu, “iPhone 14”-ün fasiləsiz istehsalını təmin
etmək üçün lazımdır.