Xəbər - Samir Əli – Trend:
Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz
səfər etməsi ilə bağlı azad edilmiş ərazilərdəki nəzarət keçid
məntəqələrində xidməti yoxlama başlayıb.
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, Manaf Ağayevin azad olunan əraziyə
icazəsiz keçməsi ilə bağlı müğəninin daxil olduğu ərazilərdəki
nəzarət postlarında xidməti yoxlama aparılır. Xidməti yoxlamaların
nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin
işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən
görüntülər yayılandan sonra M.Ağayev və onun yanındakı iş adamı
Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalardan sonra onların azad olunmuş ərazilərə
qanunsuz yolla keçməsi müəyyən edilib.
Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15
sutka həbs edilib.