DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirildi

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirildi

Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi MMC-nin adı və rəhbəri dəyişdirilib.

Axara.z Report-a istinadən xəbər verir ki, şirkət bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək.

Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.

Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən “Avto FM” radiosunun idarə edilməsi ilə məşğul olacaq.

Teqlər: