DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edildi

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edildi

Polis general-mayoru Sərdar Səfərov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Sərdar Süleyman oğlu Səfərov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsində çalışırdı.

Teqlər: