DİN Goranboy İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxslə bağlı məlumat yayıb

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi (DİN) Goranboy İcra Hakimiyyətinin qarşısında özünü yandıran şəxslə bağlı məlumat yayıb.

DİN-dən AzerTimes-a verilən məlumatda deyilir, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

“Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.


S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır”, – məlumatda deyilir.

Teqlər: