DİN əməliyyat keçirib, bir neçə nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları
evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik
vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata
keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, daxil
olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı
narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə
gətirilməsini təşkil edən Saatlı rayon sakinləri Yaşar Cəfərov və
tanışı Gülnarə Nəsirova saxlanılıblar. Onlardan ümumilikdə 10
kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar
edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq
məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarə əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində
keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu
silah-sursat saxlanmaqda şübhəli bilinən Bəhmən İbrahimov
saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd “TT” markalı
tapança, 8 ədəd patron və patron darağı aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri
barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan
tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar
edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: