DİN-dən İçərişəhərdəki vandalizm aktı barədə məlumat

DİN-dən İçərişəhərdəki vandalizm aktı barədə məlumat

Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə Report-a DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

“Dövlət qoruğuna dəymiş maddi ziyan isə ödətdirilib. Lakin həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir”, – Z.Hüseynov qeyd edib.

Teqlər: