DİN-dən Bakıdakı dəhşətli qətllə bağlı daha bir AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov -Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı dəhşətli qətllə bağlı daha
bir açıqlama yayıb.


Trend
-in sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin rəisi,
polis polkovniki Ehsan Zahidov cavab olaraq bildirib ki, Törədilən
bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan
istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də
xidməti yoxlamalar aparılır. Dünənki ağır faciəvi cinayətlə
əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev
müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət
işi üzrə prokurorluqda istintaq aparılır.

Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə
bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis
əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə
əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir
görüləcək.


Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb.
Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların
yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi
yaxın olan bir şəxsdir”,- deyə o qeyd edib.

Qeyd edək ki, dünən Bakıda ana və iki azyaşlı övladı qətlə
yetirilib. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları – 2008-ci
il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan
Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd
Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Teqlər: