DİN bloger Hüseyn Həsənovun Bakıda keçirdiyi görüş barədə məlumat yayıb

Aprelin 17-də saat 15:30 radələrində paytaxtın Səbail rayonu
ərazisində yerləşən iri ticarət mərkəzlərinin birində yaranmış
izdiham ilə bağlı bildiririk ki, xüsusi karantin rejiminin
tələblərinə uyğun olaraq ticarət mərkəzinə daxil olan hər bir
vətəndaşın vaksinasiyadan keçməsini təsdiq edən sertifikatın “QR”
kodu və qoruyucu tibbi maskadan istifadə etməsi polis əməkdaşları
tərəfindən mərkəzin girişində yoxlanıldıqdan sonra onların qapalı
məkana daxil olmalarına icazə verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirilib.

Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan
sonra tibbi maskalarını çıxartmışlar. Məlumat üçün onu da qeyd edək
ki, iri ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan
istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət
olunur.

Pandemiya ilə əlaqədar tətbiq olunmuş qaydaların pozulması ilə
müşaiyət olunan tədbir zamanı qeydə alınan videogörüntülərdə bir
nəfərin kəmər ilə səhnəyə vurması da əks olunur. Həmin şəxs müəyyən
edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov
izahatında bildirib ki, o, kəməri insanlara deyil yalnız səhnəyə
vurub. Buna baxmayaraq A.İbrahimov inzibati qaydada 15 sutka həbs
olunub. Hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri
barədə araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq
tədbirlər görüləcəkdir.

Teqlər: