DİM və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb.

AzerTimes-ın məlumatına görə, DİM və “YAŞAT” Fondunun “Zəfər günü”nə həsr olunan birgə tədbirində çıxış edən DİM sədri Məleykə Abbaszadə şəhid və qazi övladlarının təhsil karyerasını qurmasında hər zaman yanlarında olacaqlarını bildirib.

Onun sözlərinə görə, şəhid və qazi övladları arasında ali təhsil müəssisələrinə qəbul olunanların sayı xeyli artıb: “Əgər, onlar arasında 1992-ci ildə ali məktəblərə sənəd verənlərin sayı 300, ali məktəblərə qəbul olanların sayı 100 nəfər idisə, 2021-ci ildə sənəd verənlərin sayı 10 mindən çox olub və 6 mindən artıq abituriyent ali məktəblərə qəbul olub”.


Twitter: @cingizsafarli

Teqlər: