DİM: Sınaq imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq

Xəbər - Fərid Zöhrabov -Trend:

İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

DİM-dən Trend-ə bildirilib ki, 2021-ci il dekabrın 19-da keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Teqlər: