DİM peşə müəssisələrinin buraxılış sinfində təhsil alanlara müraciət edib

Xəbər - Humay Ağacanova – Trend:

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərinin buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin (DİM) 11 illik orta təhsil səviyyəsi üzrə mart ayı ərzində keçirəcəyi şəhər və rayonların imtahan qrafikinə uyğun peşə liseyinin yerləşdiyi şəhərdə (rayonda) keçiriləcək.

Bu barədə Trend-ə DİM-dən xəbər verilib.

Bildirilib ki, şagirdlər peşə liseyi hansı rayonda yerləşirsə, həmin rayon üçün nəzərdə tutulmuş tarixdə (5, 6, 12 və ya 13 mart) imtahan verəcəklər.


11 illik orta təhsil səviyyəsi üzrə (o cümlədən peşə liseyi şagirdlərinin ) buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafiki ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı martın 14-də keçiriləcək.

Teqlər: