DİM magistratura imtahanında iştirak etmək istəyənlərə müraciət edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı (II
cəhd) mayın 29-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, “İmtahana
buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8
linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə
şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış
vərəqəsi” mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı
biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr
imtahana buraxılmır.

Teqlər: