Avropanın daha bir neçə ölkəsində “meymun çiçəyi” aşkar edilib

Avropanın daha bir neçə ölkəsində “meymun çiçəyi” xəstəliyinə
yoluxma faktları aşkar edilib.

Trend-in
məlumatına görə, Almaniyada bir nəfər bu xəstəliyə yoluxub.
Xəstənin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Bundan başqa, son 24 saat ərzində Fransa və Belçikada da “meymun
çiçəyi”nə yoluxmalar müəyyən edilib.

Qeyd edək ki, “meymun çiçəyi” bu günədək Böyük Britaniya,
İspaniya, Portuqaliya, İtaliya, eləcə də ABŞ-da aşkar edilib.