DİM bu gün keçirilən imtahanların başa çatdığını bildirib

Bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB
qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və
Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı
başa çatıb.

Trend Dövlət
İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, pandemiya
şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska
ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti
müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin
olunub.

İmtahanlar Bakı şəhərində 12 binada təşkil olunub.

İmtahanların idarə olunmasına 12 ümumi imtahan rəhbəri, 34
imtahan rəhbəri, 269 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi
əməkdaşı, 12 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dövlət qulluğuna qəbul imtahanında bir
iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric
olunub.

Aprelin 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab
kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

Teqlər: