Dillər Universitetinin tələbələri Çində Gənclər Gününü qeyd ediblər (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) çinşünas tələbələri
Çində Gənclər Gününə həsr olunmuş bayram gecəsində onlayn olaraq
iştirak ediblər.

Tədbir Çinin Kommunist Gənclər Birliyinin Komitəsi, Çinin
Quansi-Çjuan Muxtar Rayonu Xeçjou Universiteti tərəfindən təşkil
olunub.

Azərbaycanlı tələbələr, Çin mədəniyyətinə olan marağı eyni
zamanda ənənəvi dost olan Azərbaycan-Çin gəncləri və tələbə
əlaqələrinin daha da möhkəmlənməsinə, genişlənməsinə inamlarını əks
etdirən təbriklər səsləndiriblər.

Müasir Çin gəncləri müxtəlif ictimai və dövlət proqramlarının
həyata keçirilməsində fəal iştirak edir. Gənc nəslin ürəkaçıqlığı,
təhsili, ailə həyatına və karyerasına diqqətli yanaşdıqları ilə
seçildiyi vurğulanıb.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, təməli ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini,
bu sahədə aparılan məqsədyönlü işlərin Prezident İlham Əliyevin
rəhbərliyi ilə davamlı olaraq həyata keçirildiyini vurğulayıb.
Diqqətə çatdırıb ki, bu siyasətin uğurla aparılması nəticəsində
ölkəmizdə sağlam düşüncəli, mənəvi saf və dövlətçilik ideyalarına
sadiq vətənpərvər yeni nəsil formalaşır.

Teqlər: