Dilan Polad və həyat yoldaşı saxlanıldı

Dilan Polad və həyat yoldaşı saxlanıldı

Türkiyəli iş adamı və sosial media fenomeni Dilan Polad və həyat yoldaşı Engin Polad saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, onlarla birlikdə Dilan Poladın bacısı Sıla Doğu və Engin Poladın qardaşı Kürşad Polad da tutulub. Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

Cütlük Türkiyə və Azərbaycan da daxil olmaqla bir çox ölkədə gözəllik salonları şəbəkəsinə sahibdir və kosmetik məhsulların istehsalı ilə də məşğul idi.

Qeyd edək ki, bir müddət öncə Dilan Polad və Engin Poladın var-dövləti müsadirə edilmişdi. Cütlüyə, həmçinin, ölkəni tərk etmək qadağası da qoyulmuşdu.

Teqlər: