Diaspor təşkilatları ilə bağlı qanunvericiliyi təkmilləşdirmək üçün işçi qrup yaradılıb

Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə
yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin
dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilmiş və
pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra
addımlar atılıb.

AzerTimes-ın
məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Fuad Muradov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində
deyib.

O bildirib ki, soydaşlar və diaspor təşkilatları haqqında
qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə komitədə
əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup
yaradılıb, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər
hazırlanıb.

F.Muradov əlavə edib ki, xaricdə yaşayan soydaşlarımızı diaspor
fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə
Azərbaycan həqiqətlərinin yayılması, tariximiz və mədəniyyətinin
təbliği üçün böyük əmək sərf edən azərbaycanlıların
mükafatlandırılması məqsədilə “Diaspor fəaliyyətində xidmətə görə”
Azərbaycan Respublikasının medalı təsis edilib və bu sahədə
xidmətləri olan soydaşlarımız bu medalla təltif olunub.

Teqlər: