Diabetin qeyri-invaziv müalicəsi istiqamətində inqilabi addım atılıb

ABŞ-ın Yale Tibb Məktəbinin (YSM) də mütəxəssisləri daxil
olmaqla beynəlxalq alimlər qrupu ultrasəsdən istifadə edərək II tip
diabetin qeyri-invaziv müalicə üsulunun axtarışı istiqamətində
inqilabi addım atıblar.

Trend xəbər verir ki, aparılmış tədqiqatların nəticələri Nature
Biomedical Engineering jurnalında dərc edilib.

Daimi qan testləri, insulin inyeksiyaları və dərman müalicəsi
ilə diabetin idarə olunmasına son qoymağa yönəlmiş araşdırma 6 il
davam edib.

Ultrasəsin qanda qlükoza səviyyəsinə təsiri preklinik sınaqlarda
müsbət nəticələr göstərmişdir.

Teqlər: