DGK xətti ilə büdcəyə nə qədər vəsait daxil olub?

DGK xətti ilə büdcəyə nə qədər vəsait daxil olub?

2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları dövlət büdcəsinin ümumi gəlirlərinin 17,8%-i qədər və yaxud 6 milyard 337,8 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu, proqnoza nisbətən 609,8 milyon manat və yaxud 10,6%, 2022-ci illə müqayisədə isə 683,2 milyon manat və yaxud 12,1% çoxdur.

Teqlər: