DGK Tibbi Xidmət İdarəsinin əməkdaşları Dövlət Gömrük Komitəsinin yubiley medalları ilə təltif olunublar

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021-ci il tarixli 1532 nömrəli Fərmanı ilə yubiley medalı ilə təltif etmək səlahiyyətlərini icra edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 29 yanvar 2022-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin bir qrup əməkdaşlarını təltif edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsi rəisinin müavini Elnurə Novruzlu, Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Elman Məmmədov, baş həkimin müavini Rəna Qasımova, Təcili tibbi yardım şöbəsinin rəisi Nərgiz Kərimova, Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Könül Həsənova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Rəşad Nəsirli, Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova, Radiologiya şöbəsinin həkim sonoloqu Tükəzban Abdullayeva, Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalları ilə təltif olunublar. Həmçinin, Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalında xidmət göstərən Mühafizə Dəstəsinin rəisi Faiq Vəliyev də yubiley medalı ilə təltif olunub.

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. Dövlət Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Tibbi Xidmət İdarəsi, Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işləri aparır, yeni tibbi xidmətlər tətbiq edir, xidmət sahələrini genişləndirir və peşəkar kadrları yetişdirir.


Tibbi Xidmət İdarəsi, o cümlədən Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını belə əlamətdar gündə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmaqları münasibətilə təbrik edir, məsul və şərəfli işlərində uğurlar diləyirik!

Teqlər: