Deputat Afət Həsənova 2021-ci ildə deputatlıq fəaliyyətinə ilə bağlı hesabat təqdim edib (FOTO)

Milli Məclisinə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən seçilmiş deputat Deputat Afət Həsənova 2021-ci il ərzində deputatlıq fəaliyyətinə dair hesabat veriib.

AzerTimes-ın məlumatına görə, hesabatda qeyd olunur ki, qeyd olunan dövr ərzində sosial məsafə və karantin rejimi ilə əlaqədar digər tələblər gözlənilməklə deputat qərargahında, eyni zamanda onlayn qaydada ümumilikdə 100-dən çox seçici qəbul edilmiş, onların problemləri dinlənilmiş, müvafiq hüquqi izah verilmiş, həlli mümkün məsələlərlə bağlı yerində tədbir görülmüşdür.

Qaldırılan digər problemlərlə bağlı aidiyyəti üzrə müraciətlər edilmiş və məsələlər nəzarətə götürülmüşdür.

Hesabat dövrü ərzində deputatın ünvanına ayrı-ayrı məsələlərlə bağlı yazılı və şifahi olmaqla 311 müraciət daxil olmuş, onlardan 171-inə deputat tərəfindən baxılaraq müsbət həll edilmiş və ya müvafiq hüquqi izah verilmiş, 59-u qanunvericiliyin tələblərinə uyğun olmadığından əsassız sayılmış, 81-i isə müvafiq köməklik göstərilməsi üçün aidiyyəti üzrə mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarına ünvanlanmışdır. Həmçinin müxtəlif tədbirlərdə bu və ya digər qaydada şifahi müraciət etmiş 50-dən çox vətəndaşın müxtəlif məzmunlu müraciətlərinin həlli ilə bağlı operativ tədbirlər görülmüşdür.

Bundan əlavə pandemiya ilə əlaqədar müraciət etmiş 100-dən çox aztəminatlı ailəyə ərazaq və ya madii yardımın verilməsi, o cümlədən imtiyazlı şəxslərin (şəhid ailəsi, qazilər və s.) ölkədə və ya xaricdə müayinə və müalicə olunması təmin edilmişdir.

Eyni zamanda müxtəlif səpkili tədbirlərdə iştirak edilmiş, müvafiq seçki dairəsi üzrə xüsusi əhəmiyyət daşıyan problemlərin aidiyyəti yerli, mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında qaldırılmaqla bir qisminin həllinə nail olunmuşdur.

Belə ki,

1. Bakı Nəqliyyat Agentliyi

Avtomobil nəqliyyatı ilə sərnişindaşımalarda, piyadaların və avtomobil nəqliyyatının hərəkətində Suraxanı rayonu üzrə mövcud problemlər araşdırılaraq təhlil edilmiş, həlli ilə bağlı təkliflər hazırlanaraq BNA-ya təqdim edilmişdir. Əksər bəndləri müsbət qarşılanan təkliflərin icrası istiqamətində işlər davam etdirilir;

2. Nazirlər Kabineti, Təhsil Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti

Şəhidin adlarının əbədiləşdirilməsi məqsədi ilə onların adlarının Suraxanı rayonundakı oxuduqları təhsil müəssisələrinə, küçələrə verilməsi;

3. Suraxanı Rayon İcra Hakimiyyəti

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyov küçəsindəki uzun müddət baxımsız qalması səbəbindən istifadəyə yarasız hala düşmüş mövcud parkda müvafiq təmir-bərpa işlərinin aparılması;

4. Suraxanı Rayon İcra Hakimiyyəti

Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində dövlət proqramında nəzərdə tutulmuş mərkəzi kanalizasiya xəttinin dəyişdirilməsi işlərinin icrasının sürətləndirilməsi;

5 Suraxanı Rayon İcra Hakimiyyəti

Suraxanı rayonu, Yeni Suraxanı və Əmircan qəsəbələrində bəzi məhəllədaxili yolların asfaltlanması;

6 Milli Məclis

Dövlət qulluqçusunun fəaliyyətinin qurum rəhbəri tərəfindən deyil, müstəqil ixtisaslaşmış qurum tərəfindən qiymətləndirilməsi, fəaliyyəti qənaətbəxş hesab edildiyi təqdirdə onun daha da inkişafının təmin edilməsi məqəsədi ilə vəzifədə irəli çəkilməsi məsələsinə baxılması;

7 Milli Məclis

“Dövlət qulluğu haqqında” Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrində dövlət orqanı ləğv olunduqda və dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə onun dövlət qulluğuna xitam verildiyi göstərildiyindən bu qanunda müvafiq düzəliş edilərək dövlət qulluqçusundan asılı olmayan hallar səbəbindən dövlət qulluğuna xitam verilməsi yerinə, dövlət qulluğunun;

8 Milli Məclis

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.2-ci maddəsinə görə isə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Yalnız bundan sonra onlara şəhid statusu verilə bilər. Xəbərsiz itkin düşmüş bəzi hərbi qulluqçuların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün daha tez zamanda müəyyən tədbirlər görmək məqsədi ilə məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün müəyyən edilmiş müddətin azaldılması və ya itkin düşdükləri gündən başlayaraq onların ailəsinə müvcud qanunvericiliyə əsasən aqibətlərinin müəyyən ediləcəyi vaxta qədər (2 il) müavinatın verilməsi;

9 Milli Məclis

Əlilliyin təyin edilməsi məsələsində obyektivliyin və operativliyin təmin edilməsi;

10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əlilliyin təyin edilməsi məsələsində bir qrup vətəndaşların müraciətlərinin təkrar obyektiv araşdırılmasının təmin edilməsi;

11 Rayonun xidmət sahələri (qaz, işıq, su)

Müharibə iştirakçıları, əlilləri və şəhid ailələri ilə keçirilən görüşlər zamanı onların kommunal xidmətlərə görə yaranan borclarının ödənişində gecikmələr səbəbindən xidmətlərin dayandırılması ilə bağlı şikayətlərinin həlli;

Teqlər: