DGK sədri Qaxda vətəndaşları qəbul edib (FOTO)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların
qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq
tədbir görürlər.

Mayın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-polkovniki Səfər Mehdiyev Qax rayon Heydər Əliyev
Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul
edib.

DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Qax şəhərinin mərkəzində
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül
dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə
keçirilən qəbulda Qax və Şəki rayonları sakinlərinin müraciətləri
dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul,
idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı
olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın
müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi
yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün
müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Teqlər: