DGK-nin yubiley medalı professor Nuru Bayramova təqdim edilib (FOTO)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri
Səfər Mehdiyevin sərəncamı ilə AMEA-nın müxbir üzvü, professor Nuru
Bayramov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30
illiyi (1992–2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə
təltif olunub. Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin rəsi Ceyhun Məmmədov Yubiley
medalını professor Nuru Bayramova təqdim edib.

Professor Nuru Bayramov ona göstərilən diqqətə görə Dövlət
Gömrük Komitəsinin sədri Səfər Mehdiyə və Tibbi Xidmət İdarəsinin
rəsi Ceyhun Məmmədova dərin təşəkkürünü bildirib. Qeyd edək ki,
Professor Nuru Bayramov Mərkəzi Gömrük Hospitalının qurulması
işlərində fəal iştirak etmiş, Hospitalda ümumi laparoskopik və
transplantasiya cərrahiyyəsi sahəsində unikal əməliyyatların həyata
keçirilməsinə imza atmışdır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi bu münasibətlə
professor Nuru Bayramovu təbrik edir, peşəkar fəaliyyətində
yeni-yeni uğurlar arzulayır!

Teqlər: