“Deutsche Telekom” Rusiya layihələrinə investisiyaları dayandırıb

Almaniyanın telekommunikasiya şirkəti “Deutsche Telekom”
Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya layihələrinə investisiyaları
dayandırır.

AzerTimes-ın məlumatına görə, bu barədə “Deutsche Telekom”un “Twitter səhifəsində deyilir.

“Cümə axşamı illik mətbuat konfransımızda elan edildiyi kimi,
biz Rusiya bazarına investisiyaları dayandırırıq”, – deyə
açıqlamada bildirilib.