Dericinin Bakı konsertinin biletləri ucuzlaşdı

Dericinin Bakı konsertinin biletləri ucuzlaşdı

Türkiyənin məşhur müğənni İrəm Derici Bakıda konsert verəcək.

AzerTimes xəbər verir ki, bu barədə iTicket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert oktyabrın 7-i saat 19:00-dan 20:30-dək Heydər Əliyev Sarayında keçiriləcək. Konsertə biletlərin qiyməti minimum 30, maksimum isə 200 manatdır.

Qeyd edək ki, İrəm Dericinin 28 mayda Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv olunmuşdu. O zaman biletlərin qiyməti minimum 65, maksimum isə 250 manat idi.

Teqlər: