Xəbər - Elçin Mehdiyev – Trend:
Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunması qaydası müəyyənləşir.
AzerTimes-ın məlumatına görə, görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Milli Məclisin deputatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan nəzarət edir.
Deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.