Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin deputatı Sevil Mikayılova Xocalı soyqırımına həsr
olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailə səfər
edəcək.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, “Xocalıya ədalət”
kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail
Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin
nümayəndələri qatılacaqlar.
Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların
xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı
əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək,
faciəni əks etdirən sənədlər təqdim olunacaq.
Səfər çərçivəsində deputatımızın İsrail parlamentində
Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə
tutulub.
Səfər fevralın 23-də başa çatacaq.